K U L İ N A R İ Y A
pelmenlər resepti
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

pelmenlər resepti

İnqrediyentlər:

  • 200 q un
  • duz
200 q unu 100 q isti su ilə qarışdırın, azca duz vurub elastik xəmir yoğurun.

Qiyməni xırda doğranmış soğanla qarışdırın, duz-istiot vurun. (Yaxud, bişmiş kartofu püre halına salıb, kəsmiyi quru meyvələrlə, yaxud göyərti və yumurta ilə qarışdırıb istifadə edə bilərsiniz).

Xəmirdən kiçik kündələr tutun. Yayın. Ortasına iç qoyub, kənarlarını ortaya doğru qaldırıb birləşdirin (4, yaxud 5 "tikiş").

Alınan "tikişlərin" kənarını qaşığın ucu ilə basıb həm bir-birinə yapışdırın, həm də xətt-xətt forma verin.

Sonra "tikiş"lərin sərbəst ucunu, geriyə, əsasa doğru qatlayın, "ləçək" alınacaq. Ortasını da möhkəm qatlayandan sonra mantı qazanına düzüb bişirin