K U L İ N A R İ Y A
Qaragavalı Salatı
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Qaragavalı Salatı

İnqrediyentlər:

  • Çuğundur 2 ədəd
  • Yerkökü 2 ədəd
  • Pendir 50 qr.
  • Yumurta 3 ədəd
  • Qaragavalı 70 qr.
  • Toyuq filesi 200 qr.
  • Mayonez 100 qr.
  • Zövqə görə duz
Yumurtanı, toyuq filesini və tərəvəzləri qaynadaraq təmizləyin. Qaragavalını 20 dəqiqə müddətində qaynar suda saxlayın. Salatın bütün ərzaqlarını xırda-xırda doğrayın. Əvvəlcə boşqaba çuğunduru yayın. Duzlayaraq üzərinə mayonez çəkin. Daha sonra sürtgəcdən keçirilmiş pendir və yerkökünü yararaq duzlayın. 4-cü qata doğranmış qaragavalı və sürtgəcdən keçirilmiş yumurta səpərək üzərinə mayonez çəkin. Salatın son qatına isə toyuq filesi səpin, duzlayıb mayonezləyərək 12 saat müddətinə soyuducuya qoyun