K U L İ N A R İ Y A
Pıska Resepti
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Pıska Resepti

İnqrediyentlər:

  • Un 500-600 qr
  • Yumurta 1 ədəd
  • Süd 1 st.
  • Quru maya 7 qr.
  • Şəkər 0,5 x/q
  • Bir çimdik duz
  • Şəkər kirşanı və ağ şokolad
İsti südə mayanı, duzu, şəkər tozunu əlavə edərək qarışdırın. Tədricən un əlavə edin və xəmir yoğurun. Acıması üçün bir müddət isti yerdə saxlayın.

Xəmir gəldikdən sonra yumurta boyda kürələr hazırlayaraq əlinizlə yastılayın. Ortasını dairəvi formada kəsib çıxarın. Bol miqdarda qaynar yağa ataraq qızardın. Yağdan çıxarın salfetin üzərinə yığın və şəkər kirşanı səpin. Şokoladı əridərək pışkanın üzərinə gəzdirə də bilərsiniz