K U L İ N A R İ Y A
Qarğıdalı keksi
Admin 20 Aug, 2025 2 baxış 5 nəfər

Qarğıdalı keksi

İnqrediyentlər:

  • 1 litr süd
  • 250 qr qarğıdalı unu
  • 120 qr şəkər tozu
  • 50 qr yağ
  • 3 ədəd yumurta
  • ½ vanil çubuğu
Südü vanil ilə qaynadın.Süd bişərkən, yavaş-yavaş un əlavə edin, daşmamaq üçün qarışdırın.

Qazdan götürün, yumurta sarısı əlavə edin, yağ, yumurta ağı əlavə edin və qarışdırın.

Kündəni yağlı və unlanmış tavaya qoyun.60 dəqiqə duxovkada bişirin.Süfrəyə verilmə: Soyuq şəkildə ananas və ya digər meyvələrlə süfrəyə verin.