Fuqas resepti
İnqrediyentlər:
- 1/2 ç.q. duz
- 1 ç.q. şəkər tozu
- 220 ml su
- 450 q un (bir az çox da tələb ola bilər)
Mayanı duzla qarışdırın, şəkər tozu və zeytun yağı, isti su (maksimum 42 dərəcə), tədricən un əlavə edib ələ yapışmayacaq həddə gələnədək yumşaq xəmir yoğurun. Sürtgəcdən keçirilmiş pendir əlavə edib yoğurun. Onu uzun kündə halına salın, üstündə uzunasına yarıqlar qoyun.
Perqament döşənmiş sininin içinə qoyun, üzərinə qida plyonkası çəkin, dəsmal qoyun, 45-60 dəqiqə isti yerdə saxlayın. Xəmir gələndə 200 dərəcə qızdırılmış sobada təxminən 25 dəqiqə, qızaranadək bişirin.
Bu çörəyin tərkibinə başqa ərzaqlar da əlavə edə bilərsiniz: zeytun, qızardılmış soğan və s.