K U L İ N A R İ Y A
Qiyməli kartof dolması resepti
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Qiyməli kartof dolması resepti

İnqrediyentlər:

  • 1 dəstə kərəviz saplağı,
  • Duz,
  • 8 ədəd bibər,
  • 2 dəstə doğranmış reyhan,
Sos üçün pomidorları rəndələyin.

Zeytun yağını qızdırıb pomidorları qovurun.

Doğranmış reyhanı da əlavə edin.

1 stəkan isti su əlavə edin.

Qazanın qapağını örtərək pomidorların suyu yarıya qalana qədər bişirın.

Duzu, sirkəni və ədviyyatları əlavə edib dadlandırın.

Kartofların qabığını soyub buxarda bişirin.

Qiməli qarışıq üçün soğanı soyub doğrayın və qiymə ilə birlikdə bir neçə dəqiqə qovurun.

Küp halında doğranmış kökü, bibəri və pomidoru əlavə edin.

Orta atəşdə suyunu azca çəkənə qədər qovurun.

Ən sonda isə incə doğranmış kereviz saplağını və duzunu əlavə edin.

Qazanın qapağını örtün.

Orta atəşdə suyunu çəkənə qədər bişirin.

Kartof bişincə eninə ikiyə kəsin.

Içərisini azca oyaraq istiyə davamlı qaba yığın.

Içərisinə qiymə qarışığını doldurun.

Acı bibərləri üzərinə düzün.

Sosu qaba əlavə edin.

180 dərəcəyə qədər qızdırılmış fırında 15 dəqiqə bişirin.

Fırından alıb yeməyi isti halda servis edin