K U L İ N A R İ Y A
Pendirli balıq ruleti resepti
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Pendirli balıq ruleti resepti

İnqrediyentlər:

  • 1 ədəd siyənək balığı
  • 1 ədəd yerkökü
  • 1 ədəd yumurta
  • 40 qr pendir
  • 20 qr kərə yağı
  • 20 qr zeytun yağı
İlk olaraq yerkökünü yuyur və qaynadırıq. Yerkökü qaynayanadək isə pendiri soyuducuya qoyuruq. Balığı təmizləyir, iki hissəyə bölür və 2 ədəd file hissəsini əldə edirik. Daha sonra isə təxminən 5 mm qalınlığında ətini ayırırıq

İndi isə balığın içlini hazırlayırıq: Balığın doğranılmış filesini yerkökü, yumurta və zeytun yağı ilə qarışdırırıq. Soyuducuya qoyduğumuz pendiri də üzərinə əlavə edib, hamısını birlikdə yaxşıca qarışdırırıq. Hazırladığımız içliyi balığın içərisinə doldururuq və balığı bükürük.Və beləcə balığımız hazırdır. Servis edərkən yanına bəzək üçün istənilən göyərtini vura bilərsiniz.