K U L İ N A R İ Y A
Manqal salati resepti
Admin 20 Aug, 2025 2 baxış 4 nəfər

Manqal salati resepti

İnqrediyentlər:

  • Duz
Kiçik ölçülü və möhkəm, əzilməmiş pomidorlar götürülür və şişə taxılır. Xüsusi ilə biraz turşməzə pomidorlar salatda daha ləzzətli olur.

Bibər də həmçinin, şişə taxılır. Zövqə görə həm acı, həm də şirin bibər istifadə etmək mümkündür.

Prasa da manqalın üzərinə qoyulub bişirilir

Sarımsaq, da şişə taxılır. Bütün bunlar közü düşmüş manqala düzülür və burada bişməyə başlayır.

Bişdikcə bunları ağzı bağlı bir qaba toplayırıq.

Bişdikdən sonra pomidorların qabıqları soyulur və doğranılır

Bibərlər soyulur və doğranılır

Badımcanların qabığı soyulur və onlar da doğranılır.

Sarımsaqlar da soyulur və kiçik – kiçik doğranılır doğranılır.

Prasa da üst qabığından təmizlənir və doğranılır.

Nanə, reyhan da təmiz yuyulur və doğranılır.

Soğanlar da çox kiçik ölçülü doğranılır

Bütün bunlar doğranılıb qurtardıqdan sonra yaxşıca qarışdırılır.

Limonun suyu sıxılır.

Duz və limon suyu və ya narşərab da vurulur, istiot səpilir və qarışdırılaraq süfrəyə verilir.

Son dərəcə ləzzətli bir salatdır