K U L İ N A R İ Y A
Snikers tortu
Admin 20 Aug, 2025 2 baxış 4 nəfər

Snikers tortu

İnqrediyentlər:

  • 1 ədəd yumurta
  • 60 qr şəkər tozu
  • 110 qr xama
  • 15 qr kakao tozu
  • 100 qr un
  • 20 qr kərə yağı
  • 150 qr şəkər tozu
  • 200 qr kərə yağı
  • 300 ml süd
  • 1 ç/q vanil
  • Yağlı qatılaşdırılmış süd kremi üçün ↓
  • 100 qr kərə yağı
  • 150 qr bişmiş squşenka
  • 150 qr yer fıstığı
Biskvit üçün lazım olacaq ərzaqları hazırlayın. Bizim siyahıda sizə təqdim etdiyimiz ərzaqlar yalnız 1 biskvit üçün nəzərdə tutulmuşdur. Biskvit üçün istifadə olunacaq qabın diametri 18 sm olmalıdır. Əgər 24 sm ölçüsündə qab istifadə edəcəksinizsə, sizə təqdim etdiyimiz ərzaqları 2 dəfə artırın

Birinci mərhələdə yumurtanı bir qaba qırın və üzərinə şəkər tozunu əlavə edin. Mikserlə bir neçə dəqiqə qarışdırın. Alınan qarışım biraz köpmüş və açıq rəngli olmalıdır. Daha sonra buraya xamanı əlavə edib qarışdırın

Kakao tozu, un və qabartma tozunu birlikdə qarışdırın. Daha sonra hamısını hazır olan qarışıma əlavə edib, yaxşı qarışdırın. Potların olmamasına diqqət edin

Kərə yağını əridin. Biraz soyuduqdan sonra xəmirə əlavə edin. Bu qarışımı hər tərəfli qarışdırın. (Şəkildəki kimi alətlə)

Diametri 18-20 sm olan qabın içini kağızla örtüb xəmiri qaba tökün. Sobanı 180 dərəcə qədər qızdırın. Biskvitimizi 25 dəqiqə bişirin. Bişdiyini yoxlamaq üçün diş çöpündən istifadə edə bilərsiniz. Xırda diş çöpünü biskvitə batırıb çıxardın. Əgər diş çöpü quru olarsa, bu biskvitimizin bişdiyini göstərir

Eyni qayda ilə tortun ikinci qatını hazırlayın. Əgər sizin evinizdə göstərdiyimiz diametrdə 2 ədəd qab varsa, hər ikisini eyni vaxtda hazırlayıb bişirə bilərsiniz. Bunun üçün təqdim etdiyimiz reseptə qeyd olunan bütün ərzaqlar 2 dəfə artacaq. Hazır olan biskvitlərimizi dəmir hörgünün üstünə qoyun. Soyumasını gözləyin

Biskvitlərimiz soyuyana kimi kremimizi hazırlayaq.Birinci bişmiş (заварной) kremi hazırlayaq. Bunun üçün bir qaba 250 ml (50 ml süd ayırıb, kənarda saxlayın) süd tökün. Südə şəkər tozunu və vanili əlavə edin

Südü qaynayana qədər bişirin. Süd bişdiyi müddətdə arada bir onu qarışdırın ki, şəkər tozu tam ərisin və dibində qalmasınAyırdığımız südə (50 ml) qarğıdalı nişastasını əlavə edib qarışdırın. Daha sonra bu qarışımı bişmiş süd olan qazana yavaş-yavaş əlavə edin. Əlavə edərkən tez-tez qarışdırın. Daha sonra qarışım tam qatılaşana qədər qaynadın

Hazır olan bişmiş kremi bir qaba tökün və soyumasını gözləyin. Kremin üstündə qalın təbəqə yaranmasını istəmirsinizsə, qabın üstünü hər hansı bir plyonka ilə örtün (plyonkanın kremə toxunmamasına diqqət edin) ya da kremi tez-tez qarışdırın

Bişmiş (заварной) krem soyuyana qədər yağımızı hazırlayaq. Bir qaba yumşalmış kərə yağını tökün və mikserlə qarışdırın. Yağ tam qarışdıqdan sonra mikseri söndürmədən qarışdırmağa davam edərək buraya bişmiş (заварной) kremi əlavə edin. Yağlı bişmiş (заварной) kremimiz hazırdır

İndi isə yağlı qatılaşdırılmış süddən (со сгущенным) hazırlanan kremi hazırlayaq. Bunun üçün yumşaldılmış yağı mikserlə qarışdırın. Bura qaynadılmış qatılaşdırılmış südü (вареное сгущенное молоко) əlavə edin. Bir-birinə yaxşı qarışana qədər mikserlə qarışdırın

Qovrulmuş, doğranmış fıstığı kremə əlavə edib, qarışdırın. Kremimiz hazırdır

Biskvitlərin hündürlüyünün eyni olmasını yoxlayın. Əlavələr varsa, onları səliqəli kəsib, kənara qoyun.

Biskvitləri bişirdiyimiz qaba bir biskviti qoyun. Onun üzərini birinci bişmiş (заварной) kremlə örtün

Üzərindən isə qatılaşdırılmış süddən və fıstıqdan hazırladığımız kremi çəkin

Üzərinə yenidən bişmiş (заварной) kremi çəkin və ikinci biskviti qoyun

Qalan kremə 1 çay qaşığı kakao əlavə edin və yaxşı qarışdırın.

Tortu qabın içindən çıxarın. Kənarlarını və üzərini şokoladlı kremlə tam bağlayın. Kənarlarını doğranmış, əzilmiş fıstıqlar tam bağlayın.

Şirniyyat torbasına 2 xörək qaşığı krem qoyun. Tortun üstünü zövqə görə bəzəyin

Tortumuz hazırdır! :) Tortumuzu 1-2 saat soyuducuda saxladıqdan sonra süfrəyə təqdim edə bilərsiniz!

Əgər siz də bu reseptdən faydalanaraq "Snikers" tortunu hazırladınızsa, yeməyin şəklini və yemək haqqında təəsüratlarınızı bizimlə paylaşmağı unutmayın!