K U L İ N A R İ Y A
Sobada baliq
Admin 20 Aug, 2025 2 baxış 5 nəfər

Sobada baliq

İnqrediyentlər:

  • 2 ədəd balıq,
  • 1/2 ədəd kök,
  • 4 ədəd brokoli( kiçik çiçək),
  • 4 ədəd gülkələmi( kiçik çiçək),
  • 3 ədəd pomidor,
  • 1/2 ədəd bibər
  • 1 ədəd kiçik boy qırmızı soğan,
  • 1/2 çay qaşığı duz (istəyinizə görə)
Balıq çox uzun zaman ərzində bişirilməyən bir ərzaqdır.

Çiyliyi gedər getməz , yəni ətlər bir-birindən rahatca ayrıla bilərsə balıq bişmişdir demək.

Pomidor xaric soğanı yuvarlaq-yuvarlaq doğrayın.

Tərəvəzləri iri parçalar halında doğrayın.

Kök daha gec bişdiyi üçün incə-incə doğrayın.

Bir yemək qaşığı zeytunyağı və kərə yağında pomidor xaric bütün tərəvəzləri azca qovurun.

İki böyük parça yağlı kağız kəsin.

Tərəvəzləri bərabər olaraq bölüb kağızların içinə yığın.

Pomidorları da ikiyə bölüb əlavə edin.

Əzilmiş sarımsaq, zeytun yağı sirkə duz və ədviyyatları bir kasada qarışdırın.

Balıq tikələrini tərəvəzlərin üzərinə yerləşdirin.

Yağlı kağızı içindəki ərzaqların hava almayacaqları bir şəkildə qatlayın.

Tamamən bağlamazdan əvvəl zeytun yağlı qarışığını əlavə olaraq balıqların üzərinə gəzdirin.

Əvvəlcədən 200 dərəcəyə qədər qızdırılmış fırında 20 dəqiqəyə yaxın , istərsiniz də ağzı qapalı bir qazanda vam odda 20 dəqiqə bişirin.

Servis edərkən balığın yanına fırında kartof da bişirə bilərsiniz.