K U L İ N A R İ Y A
tiramisu resepti
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

tiramisu resepti

İnqrediyentlər:

  • 500 qr mascarpone
  • 5 ədəd yumurta
  • 100 qr şəkər pudrası
  • 200 qr qaymaq
  • 1 stəkan ev şəraitində hazırlanmış kofe işkisi
Yumurtanın ağı və sarısını bir-birindən ayırırıq

500 qr mascarpone, 5 ədəd yumurta sarısı, 100 qr şəkər pudrasını mikserlə qarışdırııq

5 ədəd yumurta ağı ayrı bir qabda mikserlə köpükləndirilir

200 qr qaymaq da digər bir qabda mikserlə çırpılır

Alınan 3 məhlul bir-birinin üzərinə əlavə olunur və əl ilə yavaş-yavaş qarışdırılır. Son məhlul soyuducuya yerləşdirilir

Daha sonra Lady finger və ya Vichenzy peçenyası 1 stəkan ev şəraitində hazırlanmış kofe içkisində isladılır

Soyuducudan çıxarılmış məhlulu viski stəkana yarıya qədər doldururuq, daha sonra kofedə islanmış peçenyanı stəkana qoyuruq, daha sonra isə stəkanda qalan boşluğu qalan məhlul ilə doldururuq

Servis zamanı stəkanın üzərinə kakao tozu əlavə edərək hər stəkanın üzərinə 1 ədəd çiyələk əlavə etməl olar