K U L İ N A R İ Y A
Xarço resepti
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Xarço resepti

İnqrediyentlər:

  • 5 diş sarımsaq,4\3 stəkan düyü,
  • 3-4 ədəd xiyar turşusu,
  • 2-3 ədəd dəfnə yarpağı,
Əti 2,5 saat qaynadın.

Düyünü yuyub suda isladın.

Zəfəranı duzla əzib üzərinə qaynar su tökün.

Bitki yağında soğanlar şəffaflaşana qədər qızardın.

Döyülmüş qırmızı istiotu əlavə edin.

Qabığı soyulub doğranmış pomidor, istiotu , duzu töküb qızardın.

Sonra 2 çömçə bulyon əlavə edin.

7-9 dəqiqə bişirin.

Quru tavaya qoz töküb azca qurudun.

Sonra həvəngdəstədə döyün.

Ət qaynadıqdan sonra çıxardıb doğrayın.

Bulyonu tənzifdən süzüb ətə əlavə edin.

Qızartdığınız tərəvəzləri, düyünü , isladılmış zəfəranı, dəfnə yarpaqlarını da əlavə edin.

Düyü bişəndən sonra qozu əlavə edin.

Sarımsağı əzin, göyərtini doğrayıb şorbaya əlavə edin.

Qarışdırıb txemali tökün.

Dəfnə yarpaqlarını çıxardın.

Xiyar turşusunu doğrayıb tökün.

Qazanın qapağını örtün.

Ocağı söndürüb 15-20 dəqiqə şorbanın özünü tutmasını gözləyin.

Sonra süfrəyə verə bilərsiniz