K U L İ N A R İ Y A
Toyuqlu Qat-Qat Piroq
Admin 20 Aug, 2025 2 baxış 4 nəfər

Toyuqlu Qat-Qat Piroq

İnqrediyentlər:

  • 5 yumurta
  • 3 xörək qaşığı mannı və ya adi ağ un
  • 400 qram sürtgəcdən keçirilmiş bərk pendir (məsəl üçün Çedar pendiri. Bir neçə pendirin qarışığı da ola bilər, amma aralarında mütləq sarı rəngdə bir pendir olsun)
  • 6 xörək qaşığı yağ (duru və ya kərə)
  • 2 ədəd orta boy baş soğan – xırda-xırda doğrayın
  • Zövqə görə duz
Ölçüləri 33 x 28 sm olan 2 ədəd soba listinin dibinə perqament kağızı sərin.Sobanı 180Cdək qızdırın.

Pendirli biskvitləri hazırlayın. Bunun üçün yumurtaları mikser və ya çəngəllə yaxşıca çalın. Mayonez, mannı və ya un, və pendiri əlavə edib qarışdırın.Alınan qarışığı iki hissəyə bölüb, hazırladığınız listlərə töküb yayın.Biskvitləri sobanın orta rəfində bir az qızaranadək bişirin. Sobadan çıxardıb, kənara qoyun ki, biskvitlər soyusun.İndi isə hər biskviti ortadan (uzunlamasına deyil) ikiyə kəsin. Beləliklə 4 biskvitiniz olacaq. Yavaşca biskvitləri perqament kağızından soyub çıxardın.

İçi hazırlayın. Bunun üçün tavada yağı qızrıdıb, soğanı bu yağda qızardın. Kənara qoyub soyudun. Ət, duz, istiot və göyərtini buraya əlavə edib qarışdırın.

Sobanı 160Cdək qızdırın.

Folqa kağızını iri-iri kəsib listin üstünə elə sərin ki, listin dibini tamamilə örtsünlər və şəkildəki kimi, kənarları sobadan qırağa çıxsın.Biskvitlərdən birini listin ortasına yerləşdirib, için üçdə bir hissəsini üstünə yayın.İkinci biskviti bunun üstünə yerləşdirib, içdən yayın.Beləcə davam edin. Axırıncı biskvitlə piroqu örtün.Folqa kağızının kənarlarıyla piroqu şəkildəki kimi örtün. Piroqu 50 dəqiqə ərzində bişirin.Sobadan çıxardın. biraz soyusun ve isdəyə uygun kəsin