K U L İ N A R İ Y A
Turşu-qovurma plov
Admin 20 Aug, 2025 2 baxış 4 nəfər

Turşu-qovurma plov

İnqrediyentlər:

  • ərinmiş yağ-50 q
  • istiot, duz
Qoyun əti tikələrə bölünür, yağ içində qovrulur və üstünə bir az bulyon, ya da isti su tökülüb hazır olunca bişirilir. Ayrıca tavada yağda soğan qızardılır, üstünə sarıkök tökülür. Albuxara, qaysı qurusu əvvəlcə soyuq suda, sonra isti suda yuyulur, şabalıd çərtilir, duzlu suda bir az bişirilib qabıqdan çıxarılır.

Hər şey hazır olduqdan sonra qazana lay-lay ət, yağ-soğan, albuxara, qaysı qurusu, şabalıd tökülür. Ətdən qalan bulyondan bir az əlavə edilib vam xodda bişirilir.

Düyüdən plov bişirilir və süfrəyə veriləndə böyük plov çəkilir, turşu-qovurma da ayrıca boşqablarda süfrəyə verilir