K U L İ N A R İ Y A
Xaşlama resepti
Admin 20 Aug, 2025 2 baxış 3 nəfər

Xaşlama resepti

İnqrediyentlər:

  • Baş soğan – 5 ədəd
  • Kartof – 7 ədəd
  • Bolqar bibəri – 3-4 ədəd
  • Pomidor – 2-3 ədəd
  • Duz-istiot – zövqə görə
  • Dəfnə yarpağı – 2 ədəd
Ət doğranılır, yuyulur, qazana yığılır, üzərinə 3 st. qaynar su tökülür və odun üzərinə qoyulur. Kəfi yığılır, sonra qazana dəfnə yarpaqları atılır və ət yumşalana kimi bişirilir. Sonra üzərinə doğranmış bolqar bibərlər, kartof və pomidor dilimləri, halqa formasında doğranmış baş soğanlar tökülür.

Duz, istiot, paprika vurulur, qarışdırılır. Qapağı örtülü halda kartof yumşalana kimi vam odda bişirilir. Nuş olsun! Süfrəyə verən zaman üzərinə doğranmış göyərti səpə bilərsiniz