K U L İ N A R İ Y A
Küncütlü rəvani resepti
Admin 20 Aug, 2025 2 baxış 4 nəfər

Küncütlü rəvani resepti

İnqrediyentlər:

  • 4 ədəd yumurta
  • 1 su stəkanı toz şəkər
  • 1 qəhvə fincanı duru yağ
  • 2 su stəkanı un
  • 1 paket vanil
  • 1 paket qabartma tozu
  • 1 ədəd limonun rəndələnilmiş qabığı
  • 3 su stəkanı toz şəkər və su
Dərin bir qabda yumurta, toz şəkər, mineral su, duru yağ və manna yarmasını çırpın. Ələnmiş un, vanil və qabartma tozunu əlavə edib, qarışdırın. Rəndələnilmiş limon qabığını qatın. Kərə yağı ilə orta böyüklükdəki soba qabını yağlayın. Qarışığı boşaldın və üzərinə küncüt səpin. Əvvəldən isidilmiş 175 dərəcə sobada üzəri qızarana qədər bişirin. Sobadan çıxarana yaxın üzərinə 1 su stəkanı su gəzdirin və təkrarən 5 dəqiqə bişirin.

Şərbət üçün toz şəkər və suyu qaynadın. Limon suyu əlavə edib, bir daha kaynadın və soyudun. İsti şirniyyatın üzərində gəzdirin