Yarpaq dolması
İnqrediyentlər:
- Cəfəri, şüyüd, göy soğan, nanə – hərəsindən 1 dəstə
- Duz, istiot – zövqə görə
Qoyun əti soğanla ət maşınından keçirilir, ona xırda-xırda doğranmış göyərti, yuyulmuş düyü, döyülmüş
qara istiot, duz vurulur. Bunların hamısı yaxşı-yaxşı qarışdırılır.
Üzüm yarpaqlarının saplaqları kəsilir, yaxşı yuyulur. Təzə yarpaqlar isti suda pörtlədilir. Hər yarpağın
içinə qiymə qoyulur və zərf kimi bükülərək qazana yığılır. Yarpaqlar açılmasın deyə, üstündən tərsinə
çevrilmiş nəlbəki qoyulur. Bir stəkan qaynar su tökülür və vam odda bir saat ərzində bişirilir. Əgər suyu
buxarlanıb azalarsa, dibi yanmasın deyə, ona yarım stəkan da qaynar su əlavə etmək olar. Qazanın
dibinin yanmaması üçün onun dibinə ətdan qalmış sümüklər və ya yarpaqlar yığılır. Süfrəyə nimçədə
verilir, üstündən də özünün suyundan tökülür, yanında sarımsaqlı qatıq qoyulur Dolma üçün üzüm
yarpaqlarının tədarükü.Yarpaqları təzə halda az-az kağıza büküb sellofan torbaya qoyaraq buzxanada
saxlamaq olar. İstifadə etməmişdən əvvəl donunun açılmasını gözləyir, sonra üstündən isti su
gəzdirib dolmanı bükürlər.
Üzüm yarpaqlarından başqa, dolmanı tut yarpaqlarından, cır üzüm yarpaqlarından da hazırlamaq olar,
lakin onların təmi ayrı cür olacaqdır.
Dolma hazırlamaq üçün təzə, nazik və xovu olmayan yarpaqlar götürülür